İndoneziyanın Cənubi Sumatra əyalətinə aid iki ada qlobal istiləşmə nəticəsində okean sularının altında qalıb.
NUHÇIXAN xarici KİV-lərə istinadən xəbər verir ki, “Ətraf mühit üzrə forum” təşkilatının hesabatına əsasən, Betet və Qundul adalarında suyun səviyyəsi 1-3 metr artıb. Qeyri-hökumət təşkilatları bildirib ki, təcili tədbirlər görülməsə, daha dörd ada okean sularının altında qalacaq.
Qeyd edək ki, tərkibinə 18 min adanın daxil olduğu İndoneziya dünyanın ən böyük arxipelaqıdır.