Mixail Mişustin Baş Nazir vəzifəsinə təyin olunub.
NUHÇIXAN xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 16-da bu barədə Fərman imzalayıb.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Dövlət Duması M.Mişustinin Baş Nazir vəzifəsinə təyin olunmasına razılıq verib. M.Mişustinin namizədliyinin lehinə 383 deputat səs verib, 41 deputat bitərəf qalıb.