Türkiyədə dünyanın ən böyük seysmik izolyasiyalı binası istifadəyə veriləcək

A- A A+

Türkiyədə dünyanın ən böyük seysmik izolyasiyalı binasının - Başakşehir Şəhər Xəstəxanasının bu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

NUHÇIXAN xarici KİV-lərə istinadən xəbər verir ki, 1 milyon kvadrat metr sahəsi olacaq bu bina 2040 seysmik izolyatorlu otaqdan ibarətdir.

Qeyd edilir ki, xəstəxanadakı xüsusi zəlzələ izolyatorları sayəsində ən şiddətli yeraltı təkanlar zamanı belə bütün tibbi heyət fəaliyyətini normal qaydada davam etdirə biləcək.

Ümumilikdə 2682 otağı olacaq Başakşehir Şəhər Xəstəxanası üç binadan - 2354 otaqlı əsas korpusdan, 200 otaqlı Müalicə və reabilitasiya korpusundan və 128 otaqlı Psixiatriya xəstəxanasından ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: