Mozambik paleontoloqları Portuqaliya tədqiqatçılarının da iştirak etdiyi Ali Yüksək Texnologiyalar İnstitutu ilə əməkdaşlıq layihəsi çərçivəsində ilk dəfə olaraq öz ölkələrində dinozavrları aşkar edib və öyrəniblər.
NUHÇIXAN xəbər verir ki, ilk dəfə olaraq Mozambik ali məktəbinin tələbələri tədqiqatın gedişində nailiyyət qazanıb, nəticədə onların ilk elmi məqaləsi dərc edilib. Portuqaliyalı paleontoloq Rikardo Araujonun sözlərinə görə, mozambikli paleontoloqların birinci nəsli yaranır və onlar artıq öz şəxsi elmi nəticələrini əldə edirlər.
“PaleoMoz” layihəsi çərçivəsində Afrika savannasının mərkəzində, Niassa əyalətində aparılan tədqiqatların və qazıntıların gedişində tədqiqatçılar eyni yataqda iki növ “Endothiodon dicinodontes” – 259 milyon il bundan əvvəl yaşamış otyeyən məməli dinozavrların əcdadını aşkar ediblər. Endotiodonlar nisbətən nadir növ dinozavrlardır. İlk endotiodonlar Tanzaniyada aşkar edilib.
Daşlaşmış heyvan qalığının müxtəlifliyi paleontoloqlara növü daha ətraflı öyrənməyə və daha çox anatomik və paleobioloji məlumat toplamağa şərait yaradıb.