“Hazırda “SpaceX” şirkəti “Starship” adlı yeni nəsil kosmik gəmi üzərində işləyir”.
NUHÇIXAN “Sputnik”ə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru İlon Mask “Twitter” səhifəsində yazıb.
Oxucuların suallarını cavablandıran İ.Mask “SpaceX”in 2050-ci ilədək 1 milyon insanı Marsa göndərəcəyini söyləyib.
Onun sözlərinə görə, “SpaceX” şirkəti hər il 100 “Starship” kosmik gəmisi hazırlamağı hədəfləyib. Məqsəd Mars ilə Yer kürəsinin orbitlərinin 26 aydan bir olan əlverişli düzülüşündə 100 min insanı qırmızı planetə göndərməkdir.