Yanvarın 18-də İstanbulda şəhərin mərkəzi hissələrindən biri olan Qayrettepe ilə yeni hava limanını birləşdirəcək metro xəttinin ilk qaynaq mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Ölkə başçısı yeni xəttin qısa zamanda istifadəyə veriləcəyini bildirib. Qeyd edilib ki, Türkiyə son 17 ildə tarixinin ən böyük layihələrinə imza atıb. Bu layihələrin böyük əksəriyyəti İstanbulda reallaşdırılıb.
Qayrettepe-İstanbul hava limanı metro xətti Türkiyənin ilk sürətli metrosu olacaq. 120 kilometrlik bu xətt vasitəsilə şəhər mərkəzindən İstanbul hava limanına 35 dəqiqəyə getmək mümkün olacaq.
Xəttin tikintisinin 2021-ci ilin yay aylarında başa çatdırılması planlaşdırılır.