“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub

A- A A+

"Apple" şirkəti mobil əməliyyat sistemində geolokasiya funksiyasını tam söndürməyə imkan yaradıb. Müvafiq imkan "iOS 13.3.1" əməliyyat sisteminin beta versiyasında istifadəyə verilib.

NUHÇIXAN DailyComm.ru saytına istinadən xəbər verir ki, "2019"-cu ildə buraxılan "iPhone" smartfonları genişzolaqlı bağlantının dəstəklənməsi üçün "Ultra Wideband" (UWB) texnologiyalı yeni "U1" çipi ilə təchiz edilib. Bu yenilik səbəbindən qurğunun olduğu yer geolokasiya xidmətləri söndürülmüş vəziyyətdə olanda da izlənilir.

2019-cu ilin sonunda kibertəhlükəsizlik üzrə mütəxəssis Brayan Krebs öz müşahidələri barədə fikrini bölüşüb. O, eksperiment zamanı smartfonda peyk məlumatları üçün sorğu göndərmək imkanını söndürərək təyyarə rejimini işə salıb. Bu halda ekranın sağ küncündə "GPS" sisteminin işləməsini sübut edən kompas işarəsi görünüb. Mütəxəssisin fikrincə, "Apple" istifadəçi tərəfindən "GPS" sistemindən istifadəyə qoyulan qadağadan yayınmaqla onun məxfilik hüququnu pozub.

"Apple" son nəticədə bu çatışmazlığı aradan qaldırmaq qərarına gəlib. Belə ki, "Mashable" resursunun jurnalistləri tərəfindən "iOS 13.3.1" əməliyyat sistemində "U1" çipini söndürməyə imkan verən funksiya aşkarlanıb. O, "Sistem xidmətləri" (System Services) quraşdırma menyusunda yerləşir.

Şirkətin məxfilik siyasətində "iPhone" geolokasiya servislərinə həsr edilən və smartfonun "Apple" şirkətinə mütəmadi olaraq yaxınlıqdakı "Wi-Fi" çıxış nöqtələri və mobil rabitə qüllələri barədə anonim və şifrlənmiş məlumatların göndərilməsini nəzərdə tutan bənd yer alıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: