Xəbər verdiyimiz kimi, Türkiyənin şərqində baş verən 6.8 ball gücündə zəlzələ Malatya və Elazığda dağıntılara səbəb olub. NUHÇIXAN xəbər verir ki, Bakı vaxtı ilə saat 01:15-ə olan məlumata görə, Malatyada 6, Elazığda 8 nəfərin həlak olduğu bildilir. 300-ə yaxın yaralı var. Xilasetmə işlərinə 500-ə yaxın xilasedici cəlb edilib.