Birləşmiş Ərəb Əmirlikləri və Dünya İqtisadi Forumu arasında strateji tərəfdaşlıq sazişi imzalanıb

A- A A+

Davosda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti və Dünya İqtisadi Forumu arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. NUHÇIXAN WAM informasiya agentliyinə istinadla xəbər verir ki, imzalama mərasimində Əmirliklərin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Dünya İqtisadi Forumunun yaradıcısı və icraçı sədri Klaus Şvab və BƏƏ-nin Hökumət Məsələləri naziri Məhəmməd bin Abdullah Əl Qerqavinin imzaladıqları sənəddə qarşıdakı beş il müddətində tərəflər arasında qlobal miqyasda layihələrin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi və dördüncü sənaye inqilabı dövründə sərmayəçilərin dayanıqlı inkişaf hədəflərinə uyğun olan proqramlarda iştirak nəzərdə tutulur.

BƏƏ-nin naziri mərasimdən sonra bildirib ki, ölkənin lideri Şeyx Xəlifə bin Zayed Əl Nəhyan qlobal miqyasda transmilli layihələrin həyata keçirilməsi sayəsində səylərin gücləndirilməsi üçün tapşırıqlar verib. İnkişaf strategiyasının təfərrüatlarından bəhs edən Əl Qerqavi diqqətə çatdırıb ki, əsas məqsəd Dünya İqtisadi Forumu və digər beynəlxalq təşkilatlarla birlikdə ölkəni qlobal texnologiyaların habına çevirməkdir. O əlavə edib ki, bu məqsədə nail olmaq üçün yeni birgə innovativ layihələr həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: