Yanvarın 28-də Türkiyənin Manisa şəhərinin Kırkagaç rayonunda 4.8 bal gücündə zəlzələ olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 14.26-da qeydə alınıb.
Zəlzələnin ocağının yerin 6.99 kilometr dərinlikdə olduğu bildirilir.
Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.