"Facebook" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Facebook"un işində texniki qüsurlar əsasən ABŞ, Meksika, Kolumbiya və Braziliyada müşahidə edilir.
İstifadəçilərin təxminən 38 faizi xəbər lentinin yenilənməsində çətinliklər olduğundan, 35 faizi sosial şəbəkənin tamamilə işləməməsindən, 26 faizi isə şəxsi hesablara daxil olmaqda problemlərin olduğundan şikayət ediblər.