“Toyota” Çindəki zavodlarının fəaliyyətini müvəqqəti olaraq dayandırıb

A- A A+

“Toyota” şirkəti Çindəki zavodlarının fəaliyyətini müvəqqəti olaraq dayandırıb. NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin Tokiodakı sözçüsü mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Çində koronavirusla bağlı yaranmış vəziyyətə görə digər müəssisələr kimi “Toyota” avtomobillərinin ehtiyat hissələrini istehsal edən zavodlar da normal iş rejimində fəaliyyət göstərə bilmir. Şirkət rəhbərliyi müəssisələrin fəaliyyətini fevralın 9-dək dayandırmaq qərarına gəlib. Fevralın 10-da həmin müəssisələrin fəaliyyətinin bərpa edilməsinin mümkün olub-olmaması ilə bağlı qərar qəbul ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: