Yaponiya şirkətləri koronavirusun yayılmasının qarşısını almaq üçün əməkdaşlara evdə işləməyi təklif edir
Yaponiya şirkətləri koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əməkdaşlara evdə işləməyi təklif edir.
NUHÇIXAN Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, əməkdaşları bu yaxınlarda Çində səfərdə olmuş bir sıra şirkət onlara evdə işləməyi təklif edib.
Yaponiyanın internet-ticarət sahəsində tanınmış nəhəng “Rakuten” şirkəti yanvarın 16-dan etibarən Çində işlə əlaqədar və ya turist kimi səfərdə olmuş əməkdaşlarına və onların ailə üzvlərinə bu qaydanı tətbiq edib. Həmin əməkdaşlardan iki həftə ərzində evdə işləmələri xahiş olunur.
Həmin şirkət Çinə və oradan olan ezamiyyətləri dayandırdığını da bildirib.
Bundan əlavə, Yaponiyanın “Nomura Holdings” broker şirkəti də iki həftə ərzində əməkdaşlarına məsafədən işləməyi təklif edib.