“Mona Liza” əsərinin oğurlanmasına həsr olunmuş film çəkilir

A- A A+

Amerikalı aktrisa və rejissor Codi Foster Leanordo do Vinçinin “Mona Liza” əsərinin oğurlanmasına həsr olunmuş filmin çəkilişlərinə başlayıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, real hadisələr üzərində lentə alınan ekran işi üç fəhlənin 1911-ci ildə muzeydən məşhur əsəri oğurlamasından bəhs edir.

İki dəfə “Oskar”a layiq görülmüş Codi Foster filmin ekranlara nə vaxt çıxacağı barədə heç bir məlumat verməyib.

Qeyd edək ki , 1911-ci ildə oğurlanan “Mona Liza”nın tablosu 2 il sonra Florensiyada tapılıb. Soyğunla əlaqədar sorğulananlar arasında məşhur rəssam Pikasso da olub. Tablo Parisin Luvr muzeyində saxlanılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: