“Huawei” şirkəti Avropada beşinci nəsil (5G) mobil rabitəni dəstəkləyən şəbəkələr üçün avadanlıq istehsal etməyi planlaşdırır.
NUHÇIXAN Frans-Press nəşrinə istinadla xəbər verir ki, şirkətin Avropa üzrə vitse-prezidenti Abraham Liu məlumatı təsdiqləyib.
Şirkət təmsilçisi bildirib ki, “Huawei” öz məhsullarını Avropa İttifaqının üzvü olan ölkələrə təqdim etməkdə qərarlıdır.
Bundan əvvəl isə Böyük Britaniya hökuməti “Huawei”in xidmətlərindən istifadə edəcəyini açıqlayıb.