Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində baş vermiş qar uçqunu altından çıxarılan meyitlərin sayı 33-ə çatıb, 50-dən çox insan müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, üçüncü qar uçqunu təhlükəsi səbəbindən axtarış-xilasetmə işləri dayandırılıb.
Qeyd edək ki, qar altından yaralı olaraq çıxarılanlar arasında ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van müdiri Osman Uçar və Türkiyə Prezidentinin baş məsləhətçisi Gülşən Orhan da var.
Xatırladaq ki, bölgədə dünən axşam saatlarında baş vermiş qar uçqunu altında sərnişinlərlə dolu mikroavtobus qalmışdı. Ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı ikinci uçqun baş verib.