Müasir dövrümüzdə antivirusların fəaliyyəti həmişə müzakirə olunan mövzulardandır. “Microsoft” şirkətinin “Windows Defender” proqramı ən yaxşı antiviruslardan biri kimi qəbul olunub.
NUHÇIXAN şirkətin rəsmi saytına istinadla xəbər verir ki, 18 müxtəlif antivirusu sınaqdan keçirmiş müstəqil “Update” laboratoriyası bu barədə qərar qəbul edib.
Mütəxəssislərin rəylərinə görə, “Windows Defender” proqramı 10 ən səmərəli antivirus həllərindən biridir. Yeni antivirus proqramı istifadə rahatlığı və qoruma etibarlılığı ilə maksimum bal, məhsuldarlıq göstəricisinə görə isə 6 mümkün baldan 5,5-ni toplayıb.
Bu proqram zərərli hücumlara qarşı 100 faizli müdafiə nümayiş etdirib. Proqram sınaq müddətində 4 həftə ərzində qeydə alınmış 20 min 428 virusu uğurla müəyyənləşdirib.