Türkiyənin Kayseri vilayətinin Dəvəli rayonunda içərisində turistlərin olduğu avtobus aşıb. Hadisə nəticəsində ikisi ağır olmaqla 43 nəfər xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dəvəli İcra Hakimiyyətinin rəhbəri Murat Duru və bələdiyyə sədri Mehmet Cabbar məlumat veriblər.
Məlumatda qeyd edilib ki, Adana şəhərinin Erciyes dağına gedən avtobusun sürücüsünün idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsi qəzaya uğrayıb.