Böyük Britaniya sosial platformalardakı zərərli məzmunlu paylaşımları blok edəcək

A- A A+

Böyük Britaniya “Facebook”, “Twitter” və “Snap” kimi şirkətlərin sosial platformalardakı zərərli məzmunlu paylaşımlarını blok edəcək.

NUHÇIXAN xəbər verir ki, hökumət şirkətlərin uşaqlara qarşı kiberzorakılıq və terror təbliğatı kimi zərərli məzmunlarla mübarizə sistemlərinin olması üçün qanunverici fəaliyyət göstərəcəyini açıqlayıb. Yeni qəbul ediləcək qanunların ədalətli və şəffaf şəkildə tətbiq olunacağı qeyd olunub.

“Facebook” və “Google” yeni qaydalar üzərində İngiltərə hökuməti ilə birgə işləyəcəklərini elan edib.

Qlobal miqyasda hökumətlər, sosial platformalarda məzmuna daha yaxşı nəzarət etmək üçün mübarizə aparırlar. Almaniya və Avstraliya sosial şəbəkələrə sərt qaydalar tətbiq edib. Belə ki, platformalar 24 saat ərzində qanunsuz məzmunu nəzərdən keçirmədiyi və silmədiyi təqdirdə cəzalandırılırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: