Fevralın 12-də avtomobil istehsalı sahəsində tanınmış “Nissan” şirkəti Yaponiya məhkəməsinə müraciət edərək şirkətin direktorlar şurasının sabiq sədri Karlos Qonun avtokonsernə 90 milyon dollar məbləğində ziyan vurması barədə iddia qaldırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin fevralın 13-də yaydığı bəyanatda bildirilir.
Xatırladaq ki, ötən ilin sonlarında Yaponiyadan qaçan K.Qon hazırda Livandadır.
“Nissan” şirkətinin iddiasında bildirilir ki, direktorlar şurasının keçmiş sədrinin uzun illər davam edən yarıtmaz rəhbərliyi və fırıldaqları nəticəsində şirkətə böyük ziyan dəyib.
Şirkət bəyan edib ki, Yaponiyadan qaçmasına baxmayaraq, K.Qonun məsuliyyətə cəlb olunması üçün lazım olan bütün hüquqi addımlar atılacaq.