Ermənistanda cinayətkarlığın səviyyəsi yüksəlib

A- A A+

Ötən il Ermənistanda törədilən cinayətlərin sayında kəskin artım müşahidə edilib.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər Ermənistanın Baş prokuroru Artur Davtayanın iştirakı ilə keçirilən müşavirədə səslənib.

Qeyd olunub ki, 2019-cu ildə təkcə Yerevanda cinayətkarlığın səviyyəsi 2018-ci ilə nisbətən 14,5 faiz artıb. Qəsdən adamöldürmə, quldurluq, dələduzluq, qarət və sair cinayətlərlə yanaşı, oğurluq halları da kəskin artıb.

Bu məsələ Ermənistanda sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. İnsanlar qeyd edirlər ki, hakimiyyət dəyişdi və guya demokratlar hakimiyyətə gəldilər, bəs, nəticə haradadır?

Oğurluq cinayətlərinin artmasının yalnız bir səbəbi var ki, bu da əhalinin sosial vəziyyətinin həddən artıq aşağı olmasındadır. İqtisadi azadlığın hökm sürmədiyi və qanunların hamı üçün bərabər olmadığı bir cəmiyyətdə əlacsız qalan insanlar oğurluq etmək məcburiyyətində qalırlar. Müxtəlif profilaktiki tədbirlərlə və qanunları sərtləşdirməklə oğurluğun qarşısını almaq mümkün deyil.

Görünən odur ki, Ermənistanda demokratik dəyişikliklərin baş verdiyini iddia edənlər kökündən yanılırlar. Ermənistanda kütlələrin küçələrə çixması nəticəsində heç də demokratik olmayan bir vəziyyətdə hakimiyyət dəyişildi. Qeyd edək ki, Ermənistanda hakimiyyət seçki yolu ilə deyil, hay-küylə əvəzləndi. Erməni xalqı indi həmin hay-küyün acısını yaşamaq məcburiyyətində qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: