Özbəkistan UNESCO-nun mədəni özünüifadənin müxtəlif formalarının mühafizəsi və təşviqi Konvensiyasının üzvü seçilib.
NUHÇIXAN xəbər verir ki, Konvensiya 2005-ci il oktyabrın 20-də Parisdə imzalanıb və 2007-ci il martın 18-də qüvvəyə minib. Bu vaxta qədər 148 ölkə bu Konvensiyanı paraflayıb.
Konvensiyanın əsas vəzifəsi müxtəlif özünüifadə formalarını müdafiə və təşviq etmək, azad ünsiyyəti və beynəlxalq əməkdaşlığı möhkəmləndirərək müxtəlif mədəniyyətləri inkişaf etdirmək üçün şərait yaratmaqdır.
Özbəkistan Konvensiyanın əsas müddəalarını həyata keçirmək üçün mühüm addımlar atır. “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı, Makom Sənəti Forumu, Baxşı Sənəti Beynəlxalq Festivalı, Caz Festivalının keçirilməsi buna nümunədir. Keçən il isə Respublika Baxşı sənəti Mərkəzinin, onun yanında Baxşı sənəti İnkişaf Fondunun, Makom sənəti Məktəblərinin yaradılması qərara alınıb.