Yer, canlı və dəniz elmləri üzrə mütəxəssislərdən ibarət Türkiyənin Qütb Araşdırma İnstitutunun 24 nəfərlik heyəti Antarktidaya göndərilib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank məlumat verib.
Bildirilib ki, elm adamları orada bir ay ərzində IV Beynəlxalq Antarktida Elm Səfəri çərçivəsində 15 layihə üzrə araşdırmalar aparacaqlar. Tədqiqatlar dünyadakı qlobal istiləşmə və iqlim dəyişikliyi kimi bir çox problemləri əhatə edəcək.