Moskvada havanın temperaturu 1925-ci ildə qeydə alınmış rekordu qırıb.
NUHÇIXAN xəbər verir ki, fevralın 19-da Rusiya paytaxtında havanın temperaturu müsbət 4,7 dərəcəyədək qalxaraq, 1925-ci ildə qeydə alınmış müsbət 3,7 dərəcəni ötüb.
Qeyd edək ki, bu il Rusiyanın Avropa hissəsində qış olduqca isti keçir. Mütəxəssislər mart ayının iqlim normalarına uyğun keçəcəyini bildirirlər. Hazırda Rusiya ərazisində geniş Şimali Atlantika siklonu hökm sürür. Bu səbəbdən ölkənin bütün ərazisində fevral ayı üçün xarakterik olmayan isti hava müşahidə olunur.