İranın Qərbi Azərbaycan vilayətinidəki Xoy şəhəri yaxınlığında baş verən 5,7 gücündə zəlzələdə ölən olmayıb.
NUHÇIXAN İranın Fövqəladə Vəziyyətlərin İdarə Edilməsi Təşkilatına istinadən xəbər verir ki, zəlzələ nəticəsində 25 nəfər yaralanıb. Onlardan bəziləri xəstəxanaya yerləşdirib. Digərləri isə müayinə edildikdən sonra evə buraxılıb.
Zəlzələ bir sıra evlərə və ictimai binalara zərər vurub.