Türkiyə ABŞ-dan “F-35” təyyarələri alır

A- A A+

Türkiyə ABŞ-dan “F-35” təyyarələri alır. İlkin olaraq iki təyyarə sabah Texas ştatının Fort-Uert şəhərində keçiriləcək bir mərasimdə Türkiyə tərəfinə təqdim ediləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə NTV kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, ABŞ Senatı Türkiyəyə “F-35” qırıcılarının satılmasına qarşı çıxsa da, təyyarələr Ankaraya təhvil veriləcək. Türkiyənin baş naziri Binəli Yıldırım Senatın bu addımının təəssüf doğurduğunu, bunun həm də strateji tərəfdaşlığa zidd olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 100 “F-35” beşinci nəsil qırıcı-bombardmançı almaq istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: