Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda 4.6 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı yerin 6.99 kilometr dərinliyindədir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.