Vyetnam hökuməti ölkədəki koronavirusla bağlı açıqlama verib.
NUHÇIXAN xəbər verir ki, bu günə qədər Vyetnamda 16 nəfər koronavirusa yoluxma halı qeydə alınıb. Vyetnam Səhiyyə Naziri jurnalistlərə verdiyi açıqlamada isə bildirib ki, 16 nəfər xəstənin hamısı müalicə olunub, evlərinə buraxılıblar və son 20 gündə ölkəmizin sərhədləri içərisində koronavirusa yoluxma faktı aşkarlanmayıb.
Sonra nazir bildirib ki, biz koronavirusla döyüşdə birinci raundun qalibiyik, ancaq döyüşün tam qalibi deyilik. Çünki, bu virus haqqında dəqiq məlumatlara malik deyilik.
ÜST Vyetnam hökumətinin bu uğurunu, virusa qarşı aparılan operativ mübarizə ilə əlaqələndirib.