Türkiyə Silahlı Qüvvələri Suriya rejiminə məxsus iki “Su-24” qırıcı təyyarəsini məhv edib.
NUHÇIXAN Anadolu agentliyinə istinadla bildirir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə təhdid yaratdıqları üçün vurulub. Eyni zamanda, Türkiyə ordusuna məxsus pilotsuz uçan aparatı vuran iki hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.