Qahirədə Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının 153-cü sessiyası keçirilir

A- A A+

Misirin paytaxtında Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının 153-cü sessiyası keçirilir.

NUHÇIXAN xəbər verir ki, təşkilatın baş katibi Əhməd Abul Qeytin sədrlik etdiyi sessiyanın ilk iclasının gündəliyinə səkkiz məsələ daxil edilib. Siyasi, iqtisadi, sosial, hüquq, kütləvi informasiya vasitələri, kommunikasiyalar, maliyyə və inzibati məsələlər üzrə gələcək fəaliyyət planını əhatə edən ikigünlük müzakirələrin yekununa dair Bəyannamə qəbul ediləcək.

Ərəb Dövlətləri Liqasının təklifi ilə sessiyada Fələstin məsələsi, ərəb-İsrail münaqişəsi ətrafında da fikir mübadiləsi aparılacaq. Nazirlər Yaxın Şərqdə vəziyyət, o cümlədən Yəmən, Liviya və Suriyada sülhün və sabitliyin bərqərar edilməsi məsələlərini də müzakirə edirlər.

Sessiya iştirakçıları təşkilatın baş katibinin bir il ərzində görülən işlər barədə hesabatını dinləyib, növbəti,154-cü sessiyanın keçirilməsi vaxtını müəyyən ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: