Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 565, bu virus səbəbindən ölənlər isə 3 min 15 nəfərə çatıb.
NUHÇIXAN Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 139 yoluxma, 31 ölüm faktı qeydə alınıb.
İndiyədək 52 min 109 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 5 min 952 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 32 min 870 nəfər tibbi nəzarət altındadır.
Çindən başqa, 78 ölkədə 12 mindən çox yoluxma, 214 ölüm faktı qeydə alınıb.