Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşün İdlibdə gərginliyin azalmasına kömək edəcəyini bildirib.
NUHÇIXAN xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiya münasibətlərinin həm ticari-iqtisadi sahədə, həm də hərbi sənaye sahəsində yüksək səviyyəyə qalxdığını söyləyib. “Hesab edirəm ki, bu istiqamətdə irəliləmək lazımdır, bu, bizim başlıca vəzifəmizdir. Əminəm ki, biz bunu bacaracağıq”, - deyə Türkiyə lideri qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin İdlibdə baş verən hadisələrin bir daha təkrarlanmamasının, Rusiya-Türkiyə əlaqələrinə ziyan gətirməməsinin vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, həm Rusiya, həm də Türkiyə ikitərəfli münasibətlərə diqqətlə yanaşır.
Vladimir Putin Suriyada Türkiyə hərbçilərinin həlak olması ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.