Özbəkistan Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu alacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə qərar Özbəkistan Hökumətinin iclasında qəbul edilib. İclasda aparıcı konsaltinq şirkətlərinin, elmi-tədqiqat institutlarının, xarici və yerli mütəxəssislərin bu məsələ ilə bağlı rəyləri müzakirə olunduqdan sonra belə qərar qəbul edilib. Yığıncaqda bildirilib ki, Özbəkistan Nazirlər Kabinetinin yüksək səviyyəli nümayəndələri və ölkənin 16 aparıcı iqtisadi qurumlarının təmsilçilərindən ibarət işçi qrupu da bu istiqamətdə təhlillər aparıb və belə bir nəticəyə gəlib.
Qərar təsdiq olunması üçün Özbəkistan Parlamentinə göndərilib.
Xatırladırıq ki, hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvləridir.