Ermənistan Müdafiə Nazirliyində korrupsiya ilə bağlı yoxlama aparılacaq

A- A A+

Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.

NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin rəisi David Sanasaryan bildirib.

Onun sözlərinə görə, yalnız hərbi məqsədlər üçün malların alınması məsələsi deyil, bütövlükdə Müdafiə Nazirliyinin fəaliyyəti yoxlanılacaq: “Bu yoxlama aldığımız informasiyaya əsasən, keçirilir. Təftiş korrupsiya ilə bağlıdır”.

D.Sanasaryan yoxlamanın nəticələri barədə əlavə informasiyaların veriləcəyini də vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: