Beynəlxalq “Forex” bazarında dolların məzənnəsi 9,5 faiz qalxaraq 75 rubla çatıb.
NUHÇIXAN xəbər verir ki, dolların məzənnəsi 2016-cı ildən sonra ilk dəfə 75 rubldan artıq olub. Bir avro hazırda Rusiyada 86 rubla satılır.
Qeyd edək ki, rubl avro və dollarla nisbətdə neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ucuzlaşır. “Brent” markalı neftin qiyməti London birjasında 34,66 dollara enib.