Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir koronavirus şübhəsi olan ölkə vətəndaşının analiz cavablarının müsbət olduğunu və onun virusa Avropada yoluxduğunu söyləyib.
F.Koca hazırda xəstənin vəziyyətinin qənaətbəxş olduğunu, onun ailə üzvlərinin də nəzarət altında saxlanıldığını deyib.
Bildirilib ki, ölkədə koronavirusun yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.