"Twitter" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Twitter"in işində texniki qüsurlar əsasən ABŞ, Yaponiya, İsrail, Fransa və Böyük Britaniyada müşahidə edilir.
İstifadəçilərin təxminən 67 faizi sayta daxil ola bilmir, 20 faizi iPhone və ya iPad üçün olan tətbiqlərdə problemlərin olduğunu, 11 faizi isə Android üçün tətbiqdə problemlərin olduğunu qeyd edir.