Biz kimdənsə ianə istəmirik, kiməsə də əl açmırıq. Yeganə tələbimiz ölkəmizə verilən sözün yerinə yetirilməsidir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Avropa İttifaqı münasibətlərini şərh edərkən söyləyib.
Hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən dövlət başçısı gündəlikdə duran məsələlər, eləcə də regional proseslərlə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.