İsveçin “Christian von Koenigsegg” şirkəti yeni minik avtomobilini təqdim edib.
NUHÇIXAN “bild.de” saytına istinadla xəbər verir ki, şirkətin mütəxəssisləri “Gemera” avtomobili üzərində 2003-cü ildən bəri çalışırlar. Dörd yerlik avtomobilin mühərriki 1700 at gücündədir. Ekspertlər “Gemera”nı nəslinin ən əlverişli nəqliyyat vasitəsi adlandırırlar.
Qeyd edək ki, “Christian von Koenigsegg” avtomobil şirkəti 1994-cü ildə Xristian Koeniqseq tərəfindən yaradılıb.