Gürcüstanda xarici valyuta, xüsusən də ABŞ dolları kəskin bahalaşıb. Son yarım ildə dollar tarixi maksimuma yüksəlib.
NUHÇIXAN xəbər verir ki, Gürcüstanın Milli Bankının martın 14-nə təyin etdiyi məzənnəyə əsasən 1 ABŞ dolları 2,9942 GEL səviyyəsində müəyyən edib. Günlük müqayisədə dollar 0,0448 lari bahalaşıb.
Rəsmi məzənnəyə əsasən, avronun da dəyəri artıb. Sabah 1 avronun qiyməti 0,0276 lari artaraq 3,3421 lari təşkil edəcək.
Kommersiya banklarında məzənnə daha yüksəkdir. Bəzi kommersiya banklarında 1 dollar 3,02-3,10 GEL-ə dəyişdirilir.
Qeyd edək ki, dolların kəskin bahalaşması bəzi istehlak mallarının qiymətində də özünü göstərməyə başlayıb.