Avropa koronavirusun episentrinə çevrilib

A- A A+

Avropa artıq koronavirus pandemiyasının episentrinə çevrilib.

NUHÇIXAN xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreyesus deyib.

Onun sözlərinə görə, Avropa hazırda dünyada koronavirus pandemiyasının ən ağır şəkildə təzahür etdiyi regiondur. Avropada Çin istisna olmaqla dünyanın bütün digər ölkələrindən daha çox yoluxma və ölüm halı qeydə alınıb. Epidemiyanın Çində pik dövrü ilə müqayisədə Avropada hər gün daha çox yoluxma halı baş verir.

O, dünya ölkələrini virusun yayılmasına qarşı qətiyyətlə mübarizə aparmağa, yoluxmuş şəxsləri müəyyən etməyə, onları təcrid etməyə və təmasda olduqları şəxsləri nəzarətə götürməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: