Almaniyalı ekspertlər koronavirusla əlaqədar uşaqları nənə və babalarından uzaq tutmağı tövsiyə edirlər
Almaniyalı ekspertlər koronavirusla əlaqədar uşaqlı ailələrə müəyyən tövsiyə xarakterli məlumatlar paylaşıblar.
NUHÇIXAN Almaniyanın “spegel.de” saytına istinadla xəbər verir ki, ekspertlər valideynlərə uşaqlarını nənə və babalarından uzaq tutmağı məsləhət görürlər. Tövsiyə bununla əsaslandırılır ki, nənə və babaların əsasən 60 yaşdan yuxarı olduqları üçün onlar virusa yoluxma ehtimalı yüksək olan risk qrupuna aid edilirlər. Ailə məsləhətçiləri yaranmış vəziyyətlə əlaqədar valideynlərin nənə və babalarla bu haqda danışıq aparmalarını və uşaqları onlardan uzaq tutmalarını tövsiyə edirlər. Almaniyada artıq bu sahədə işlər görülməyə başlayıb.