Türkiyə hərbçiləri ilə danışıqlar konstruktiv keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, danışıqların nəticələri İdlib böhranına dair Rusiya və Türkiyə prezidentləri arasında martın 5-də Moskvada əldə edilmiş bütün razılaşmaları reallaşdırmağa imkan verir. Məlumata əsasən, Rusiya və Türkiyə martın 15-də M4 yolunda ilk birgə patrul həyata keçirəcəklər.
Xatırladaq ki, Türkiyə və Rusiya hərbçiləri Ankarada danışıqlar aparıb və İdlib bölgəsində vəziyyətin nizama salınmasına dair saziş imzalayıblar.