Rusiya Prezidenti Vladimir Putin ölkə Konstitusiyasına düzəlişlər barədə qanun layihəsinin prosedur hissəsini təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, Rusiya Prezidenti sənədi imzaladıqdan sonra qanun layihəsi Konstitusiya Məhkəməsində baxılacaq və sonra ümumxalq səsverməsinə təqdim olunacaq.
Xatırladaq ki, ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək. Səsvermədə iştirak edən vətəndaşların yarısından çoxu Konstitusiyaya dəyişikliklərin tətbiqinə səs verərsə, qanun qəbul edilmiş sayılacaq.