Ermənistan ərazisində martın 16-dan başlayaraq 1 ay müddətində fövqəladə vəziyyət elan olunub.
NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hökumətin növbədənkənar iclasında qərar qəbul edilib.
Fövqəladə vəziyyət bu gün saat 17:00-dan başlayaraq aprelin 16-ı saat 09:00-dək davam edəcək.
Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb.