Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonun iştirak etdikləri Liderlər Zirvəsi telekonfrans yolu ilə baş tutub.
NUHÇIXAN xəbər verir ki, görüşdə yeni növ koronovirusla (COVİD-19) mübarizədə birgə fəaliyyət imkanları, Liviya və Suriya məsələləri, miqrant böhranı, İdlibə humanitar yardım göndərilməsinin yolları, Türkiyə-Avropa İttifaqı əlaqələri müzakirə edilib.
Bir saat 15 dəqiqə davam edən telekonfransa nazirlər də qatılıblar.