Türkiyədə koronavirusa qarşı mübarizə aparan tibb işçilərinə dəstək məqsədilə alqışlama aksiyası keçirilib

A- A A+

Martın 19-da Türkiyədə yerli vaxtla saat 21:00-da dünyada sürətlə yayılan koronavirusa qarşı fasiləsiz mübarizə aparan tibb işçilərinə dəstək məqsədilə alqışlama aksiyası keçirilib.

NUHÇIXAN xəbər verir ki, aksiya çərçivəsində vətəndaşlar evlərinin eyvanlarına çıxaraq eyni anda tibb işçilərini alqışlayıblar.

Dünyanın bir neçə ölkəsində fövqəladə vəziyyətin elan edilməsinə səbəb olan yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə məqsədilə bütün həkimlər səfərbər olunub, 24 saat fəaliyyət göstərirlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: