Ermənistanın paytaxtı Yerevanın "Nork" yoluxucu xəstəliklər xəstəxanasındakı 11 pasiyentdə koronavirus təsdiq edilib.
NUHÇIXAN Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.
O, qeyd edib ki, intensiv terapiya onlardan yalnız üç nəfərinə tələb olunur.
Ermənistanda koronavirusla mübarizə üçün martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19-a 136 yoluxma halı aşkarlanıb.