Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 300 min nəfəri ötüb.
NUHÇIXAN xəbər verir ki, ABŞ-ın Con Hopkins Universitetinin Bakı vaxtı ilə saat 7:23-ə olan məlumatına görə, hazırda dünya üzrə 307 min 277 min yoluxma halı qeydə alınıb. Virusa yoluxan insanlardan 92 min 372 nəfəri sağalıb, 13 min 48 nəfəri ölüb.
Ən çox yoluxma Çinin payına düşür (81 min 345). İkinci yeri İtaliya (53 min 578), üçüncü yeri ABŞ (26 min 747) tutur. Koronavirusa görə ən ağır epidemioloji vəziyyət yarandığı on ölkə sırasına, həmçinin İspaniya (25 min 496), Almaniya (22 min 364), İran (20 min 510), Fransa (14 min 485), Cənubi Koreya (8897) və Böyük Britaniya (5067) daxildir.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib.