Dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində Türkiyədə ölənlərin sayı 30 nəfərə çatıb. Onlardan 9-u martın 22-də dünyasını dəyişib.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, ölkə üzrə xüsusi müayinədən keçirilən 20 min 345 nəfərdən 1256-sında infeksiya aşkar olunub. Xəstəlik səbəbindən ölənlərin əksəriyyəti yaşlılardır.